“Bu ilin 9 ayının rəsmi statistikasına görə, turistlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıb”.
ASAN Radionun məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, qış turizmi ilə bağlı hazırlıq işləri aparılır: “Hər il olduğu kimi, bu il də dekabrın 15-də qış mövsümün açılışını elan edəcəyik. Bizim əsas məqsədimiz odur ki, Azərbaycana xarici ölkələrdən insanların axını mövsümlərdən asılı olmasın. Çünki Azərbaycanın bütün fəsilləri özünəməxsusluğu ilə seçilir. Bu səbəbdən də biz müxtəlif proqramlar və layihələrlə fəsil problemini aradan qaldırıb, turistlərin gəlişinin davamlı olmasını təmin etmək istəyirik”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!