USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Rüfət Aslanlı İtaliya Milli Mikrokredit Agentliyinin sədri ilə görüşüb

ASAN Radio Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qurumun Direktorlar Şurasının sədri Rüfət Aslanlı İtaliya Milli Mikrokredit Agentliyinin sədri Mario Baccininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla İtaliya arasında mikrokreditləşmə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Mikrokreditlərin verilməsi üzrə İtaliya modelindən söz açan cənab Baccini mikromaliyyələşmənin kiçik sahibkarlığın inkişafına ciddi dəstək olduğunu vurğulayıb.

Görüşdə bu modelin Azərbaycanda tətbiqi məsələləri müzakirə edilib.

Ölkənin maliyyə sektorunda stabilliyin təmin olunması, eləcə də əhalinin və investorların hüquqlarının qorunması istiqamətində Palatanın gördüyü işlərdən bəhs edən Direktorlar Şurasının sədri Rüfət Aslanlı hökumətin yeni iqtisadi model üzərində çalışdığını və kiçik sahibkarlığın inkişafının önəmli istiqamətlərdən biri kimi nəzərdə tutulduğunu bildirdi. Onun sözlərinə görə İtaliyanın mikrokreditləşmə təcrübəsi ölkəmiz üçün maraqlıdır və dərindən öyrəniləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!