USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
XXXI Yay Olimpiya Oyunlarının gümüş medalçısı, ADBTİA-nın məzunu Rüstəm Orucov tələbələrlə görüş keçirib

ASAN Radio Gənclər və İdman nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə "Zirvə görüşləri” adlı yeni layihəyə start verilib. Layihənin əsas məqsədi idman sahəsində yüksək nailiyyətlər əldə etmiş, tanınmış idmançılarla tələbələrin görüşünü təşkil etmək, gənclərin müsbət nümunələrlə idman mədəniyyətinə motivasiyalarını artırmaqdır.

Layihə çərçivəsində ilk görüş cari ilin 7 oktyabr tarixində keçirilib. Görüşün qonağı Rioda keçirilən XXXI Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən və gümüş medal qazanan cüdoçumuz Rüstəm Orucov olub.

Öz uğur hekayəsini tələbələrlə paylaşan Rüstəm Orucov məqsədə çatmaq uğrunda apardığı mübarizədən və hədəflərin düzgün müəyyənləşdirilməsinin əhəmiyyətindən söhbət açıb.

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarındakı qələbəsindən də danışan R.Orucov Rioda Azərbaycana ilk medalı qazandırdığına görə çox sevindiyini bildirib: "Görüşlərimin hamısı çətin oldu. 1/4 finalda macarı deyil, özbək idmançını gözləyirdim. Amma bu, Olimpiadadır. Bu gün kim yaxşı hazırdısa, o da irəli gedir. Finalda da qələbə əzmində idim, amma yapon rəqibim çox güclü idi. Qarşıda yenə olimpiada var. Var gücümlə çalışacağam ki, doğma Azərbaycanımızın bayrağını daim ucalara qaldırım".

R.Orucov daha sonra tələbələrin suallarını cavablandırıb, dəyərli məsləhətləri ilə onlara stimul verib. Cüdoçumuz, eyni zamanda, bu cür görüşlərin çox əhəmiyyətli olduğunu, məzunu olduğu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında son dövrlər baş verən müsbət dəyişikliklərə və intensiv inkişafla bağlı sevincini bildirib.

Məlumat üçün bildirək ki, Braziliyada  təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan 56 idmançı ilə təmsil olunub.

Millimiz Rioda 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanmaqla, London-2012-də göstərdiyi nəticəni yaxşılaşdırıb. Qeyd edək ki, ötən Olimpiadada millimiz 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc) qazanıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!