USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Avrasiya İslam Şurasının IX Zirvə toplantısında təmsil olunacaq  

Azərbaycan nümayəndə heyəti Avrasiya İslam Şurasının IX Zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə səfər edəcək.

Bu barədə ASAN Radioya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

9-11 oktyabr tarixlərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və hər iki qurumdan olan nümayəndə heyəti Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görmezin dəvəti ilə Avrasiya İslam Şurasının IX Zirvə toplantısında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

“Avrasiyada İslam: din istismarına qarşı birlik, dayanışma və gələcək perspektivi” mövzusunda keçirilən Zirvə toplantısında bu regionda İslamın gələcəyi və dini istismar edən hərəkətlər, dini təhsil verən qurumlar, qlobal təhdidlər və şiddət təhlükəsi - İŞİD, qlobal təhlükə kimi FETÖ-nün Avrasiyaya təsirləri, dini istismarın qarşısının alınması yolları və bu kimi digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Avrasiya İslam Şurasının IX Zirvə toplantısına Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görmez, Rusiya Federasiyası Müftilər Şurasının sədri Ravil Qaynutdin, Orta Asiya, Qafqaz və Şərqi Avropa regionuna daxil olan ölkələrdən din siyasətilə məşğul olan rəsmi şəxslər, nüfuzlu din xadimləri, tanınmış islamşünaslar və ilahiyyatçıların qatılacağı gözlənilir. Toplantının açılış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edəcəklər.

Qeyd edək ki, Avrasiya İslam Şurası Türkiyə Diyanət İşləri Başqanlığının təşəbbüsü ilə yaradılıb. Avrasiya regionunda eyni dini dəyərlərə sahib ölkələr arasında din sahəsində əməkdaşlıq əlaqələri qurmaq və ümumi problemləri birgə həll etmək məqsədilə yaradılmış Avrasiya İslam Şurasının indiyədək keçirilmiş zirvə toplantılarında dinin dünyada sülh və sabitliyin yaranmasınada rolu, dinlər və mədəniyyətlərarası əlaqələrin inkişafı, eləcə də dini təhsilin həyata keçirilməsinə dair məsələlərlə bağlı səmərəli fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!