USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Lead Pakistan" qəzetində Dağlıq Qarabağ münaqişəsi və Roma Papasının Azərbaycana səfəri ilə bağlı məqalə yerləşdirilib

ASAN Radio xəbər verir ki, Pakistanın "Lead Pakistan" qəzetində tanınmış jurnalist Mahmud ul-Həsən Xanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Roma Papası Fransiskin Azərbaycana səfəri ilə bağlı məqaləsi yerləşdirilib.

Məqalədə deyilir ki, Dağlıq Qarabağ MDB məkanında və Qafqaz bölgəsində əsil gərginlik mənbəyidir. Bu torpaqların həqiqi sahibi olan azərbaycanlılar öz yurdlarından, evlərindən zorla qovulub.

Həmçinin məqalədə qeyd olunur ki, Roma Papası Fransisk Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşüb. Görüşdə Azərbaycan Prezidenti deyib: “Səfəriniz həm Vatikan–Azərbaycan əlaqələri, eyni zamanda, sivilizasiyalararası dialoq üçün çox böyük əhəmiyyət kəsb edir. Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır, sülh, mehribanlıq şəraitində yaşayır”.

Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Roma Papası Fransisk Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri qarşısında çıxış ediblər. Prezident İlham Əliyev Azərbaycanda məscidlərin və kilsələrin bərpa edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib.

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Xocalı faciəsi haqında da söhbət açılır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!