USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Mübariz Qurbanlı: “Aşura günü qəm-qüssəsini ifadə etmək istəyənlər üçün məscid var”

“Əminəm ki, İmam Hüseyn (ə) əzadarlığı Azərbaycanda dinc şəraitdə, “Dini etiqad azadlığı haqqında” qanuna olacaq”.

ASAN Radionun məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-ya bildirib ki, Qafqaz MÜsəlmanları İdarəsi (QMİ) və Komitə arasında Aşura günü ilə bağlı heç bir fikir ayrılığı yoxdur və bununla bağlı fətva birlikdə qəbul olunub.

Onun sözlərinə görə, “Dini etiqad azadlığı haqqında” qanunda hər şey açıq formada göstərilir: “Dini xarakterli bütün ayinlər məsciddə və yaxud məscidin həyətində keçirilə bilər. O cümlədən dini atributlar, dini xarakterli bu və ya digər bayraqlar məscidin içərisində istifadə olunmalıdır. Dini ayinlərin icrası zamanı qanuna əməl edilməlidir. Bəzi adamların Aşura günü evlərdə bu və ya digər tədbir keçirməyinə gəlincə, biz tövsiyə edirik ki, bütün tədbirləri məscidlərdə təşkil olunsun. Kimsə İmam Hüseyn (ə) adına süfrə açmaq istəyirsə, onu da məscidə göndərib orada təşkil edə bilər. Ənənəvi şəkildə evində süfrə açmaq istəyən olsa, bunda da problem görmürük. Amma kimsə süfrə açmaqdan fərqli olaraq, ayin keçirirsə, əzadarlıq təşkil edirsə, bu, artıq başqa məsələdir. Bir var süfrə açmaq, bir var dini xarakterli yığıncaq keçirmək - bunlar fərqlidir. Yığıncaqlar ancaq məsciddə keçirilməlidir. Bu, Azərbaycanda tək Məhərrəmlik ayına aid deyil. Kim qəm qüssəsini ifadə etmək istəyirsə, bunun üçün məscid var”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!