USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda MDB ölkələri Miqrasiya Orqanları Rəhbərləri Şurasının iclası keçiriləcək

Oktyabrın 12-də Bakıda MDB dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası keçiriləcək.

ASAN Radio xəbər verir ki, iclasda MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev, Tacikistan əmək, miqrasiya və əhalinin məşğulluğu naziri Sumanqul Said Taqoyzoda, Belarus daxili işlər nazirinin müavini Nikolay Melçenko, Türkmənistan Dövlət Miqrasiya Xidməti rəisinin müavini Mered Meredov, Qazaxıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyinin Əmək, Sosial Müdafiə və Miqrasiya Komitəsi sədrinin müavini Aslan Karjaubayev, Qırğız Miqrasiya üzrə Dövlət Xidmətinin Hüquqi təminat və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Çingiz Sarıbeyovun rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edəcək.

Gündəliyə 18 məsələ daxil edilib. Toplantıda MDB ölkələrində miqrasiyanın vəziyyətinə dair məsələlər, MDB ölkələri vətəndaşlarının etibarsız sənədlərinin ümumi məlumat bazasının yaradılması məsələsi ilə bağlı işçi qrupun iclasının nəticələri,  vətəndaşsızlıq hallarının azaldılmasında Azərbaycanın təcrübəsi, MDB ərazisinə daxil olan üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərinin vahid uçot sisteminin yaradılması, MDB iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasında 2017-ci ildə sədrlik barədə müzakirələr aparılacaq.

Qeyd edək ki, MDB Miqrasiya Orqanları Rəhbərlərinin Şurası MDB Dövlət Başçıları Şurasının 5 oktyabr 2007-ci il tarixli qərarı əsasında yaradılıb. Şuranın tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ermənistan və Rusiyanın miqrasiya məsələlərinə məsul orqanlarının rəhbərləri daxildir. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!