USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İstanbulda 23-cü Dünya Enerji Konqresi işə başlayıb Azərbaycan Prezidenti İlham Əliyev Konqresdə iştirak edir

ASAN Radio xəbər verir ki, oktyabrın 10-da İstanbulda 23-cü Dünya Enerji Konqresi işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konqresdə iştirak edir.

“Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən 23-cü Dünya Enerji Konqresində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, Venesuela Prezidenti Nikolas Maduro Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti əsasında iştirak edirlər.

Əvvəlcə Konqres iştirakçıları iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Konqresin açılışında Dünya Enerji Şurasının həmsədri Yanqhun Deyvid Kim çıxış edərək bu mötəbər tədbirin əhəmiyyətini vurğulayıb. O, yeni nəsil enerji mənbələrinin müəyyən edilməsinin və bərpa olunan enerji mənbələrindən istifadənin hazırda qarşıda duran əsas hədəflərdən olduğunu deyib.

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak ölkəsinin bu mühüm Konqresə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edərək, müasir dövrdə enerjinin dünya gündəminin ən aktual məsələlərindən olduğunu bildirdi. B.Albayrak dünyada təmiz enerji mənbələri ilə yanaşı, enerji daşıyıcılarının təhlükəsiz şəkildə nəqlinin də mühüm önəm daşıdığını vurğulayıb.

Türkiyənin Baş naziri Binəli Yıldırım Konqres çərçivəsində keçiriləcək 60-dan çox sessiyada enerji sahəsində aktual məsələlərə dair səmərəli müzakirələrin aparılacağını bildirib. Baş nazir dünyada enerji mənbələrinin şaxələndirilməsinin, enerji məhsullarının təhlükəsiz daşınmasının önəmini qeyd edib.

Türkiyənin enerji sahəsində həyata keçirdiyi və iştirak etdiyi layihələrdən danışan Binəli Yıldırım Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin bu baxımdan önəmini xüsusi vurğulayıb. Baş nazir Azərbaycanın və Türkiyənin mühüm rol oynadıqları “Cənub” qaz dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyi baxımından əhəmiyyətindən danışıb, bir neçə hissədən ibarət olan bu layihənin bütün komponentləri üzrə işlərin uğurla davam etdirildiyini bildirib.

Sonra Türkiyənin tarixi ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Konqresdə çıxış edib.

Dünya Enerji Şurasının ən mühüm tədbirlərindən olan Konqres enerji sahəsində problemlərin və onların həlli yollarının qlobal miqyasda nəzərdən keçirilərək müəyyən edilməsi məqsədilə təşkil olunan ən mühüm beynəlxalq enerji tədbiridir. Dünyanın bir nömrəli enerji platforması olan Konqres ilk dəfə 1924-cü ildə keçirilib. Üç ildən bir təşkil edilən Konqres enerji sahəsində fəaliyyət göstərən qurumlara yeni texnologiyalar və yeni iş imkanları təqdim etmək imkanı verir.

23-cü Dünya Enerji Konqresində dünya enerji sənayesinin liderləri, beynəlxalq təşkilatları, “beyin mərkəzləri”ni, universitetləri, enerji və sənaye qurumlarını təmsil edən 10 mindən çox nümayəndə iştirak edir. Konqres çərçivəsində keçiriləcək “Dünya enerji liderləri”, “Gələcəyin enerji liderləri”, “Enerji trilemması” mövzularında xüsusi sessiyalarda milli, regional və qlobal miqyasda bərpa olunan enerjini təmin etmək üçün alternativ yollar axtarışında olan ölkələrin enerji nazirləri, biznes, maliyyə və elm sahələri üzrə tanınmış şəxslər ətraflı müzakirələr aparacaqlar.

1923-cü ildə yaradılan Dünya Enerji Şurası bərpa olunan enerjinin gələcəyi ilə bağlı mühüm layihələr həyata keçirilən qlobal miqyaslı mötəbər forumdur. Dünya Enerji Şurasının 93 milli komitəsi aralarında bu sahədə ixtisaslaşmış qurumların da olduğu 3 mindən çox üzv təşkilatı təmsil edir. Şuranın əsas vəzifəsi hamının rifahına xidmət edən davamlı enerji tədarükü sisteminə əsaslanan enerji istifadəsini təşviq etməkdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!