USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ərdoğan: “Türkmənistan qazının Cənub Qaz Dəhlizi ilə ixracı üçün böyük səy göstəririk”

“Sülh üçün paylaşaq” 23-cü Dünya Enerji Konqresinin şüarıdır. Bizim əsas məqsədimiz enerjinin sülhə xidmət etməsinə nail olmaqdır”.

ASAN Radio xəbər verir ki, bunu İstanbulda 23-cü Dünya Enerji Konqresinin açılış mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Afrika ölkələri ilə münasibətlərdən danışan Türkiyə prezidenti deyib ki, Afrika qitəsində enerji təminatı problemi var: “Enerji problemi çözülmədən inkişafdan, səhiyyədən, sosial vəziyyətin yaxşılaşmasından danışmaq olmaz. Bu gün dünyada  enerji təminatı olmayan 1 milyarddan çox insanın 600 milyonu Orta Afrikada yaşayır. Ona görə də Türkiyə beynəlxalq platformalarda bu sahədə təşəbbüslərlə çıxış edir”.

Türkiyənin enerji resursları baxımından xaricdən asılı olduğunu söyləyən Ərdoğan bildirib ki, Türkiyə Orta Şərq və Xəzər hövzəsi başda olmaqla, dünyanın enerji resurslarının 1/3-nin olduğu coğrafiyada yerləşir: “Bakı-Tbilisi-Ərzurum və İran-Türkiyə qaz kəmərləri Türkiyənin bu sahədə qazandığı uğurlardır. Cənub Qaz Dəhlizinin onurğasını təşkil edən TANAP-ı inşa edirik. TANAP-ın davamı olacaq TAP-la Azərbaycan qazı Avropa bazarlarına çatacaq. Türkmənistan qazının da Cənub Qaz Dəhlizinin ilə ixracı üçün böyük səy göstəririk. Rusiya qazının ixracı ilə bağlı "Türk axını" layihəsi üzərində işimizi də davam etdiririk. Bu ilin sonunda, 2017-ci ildə böyük addımlar atacağıq. Beləliklə, qaz ticarətində bölgəmizdə etibarlı tərəfdaş kimi çəkimiz artacaq”.

Türkiyə prezidenti qeyd edib ki, TANAP layihəsinin həyata keçirilməsi ilə Avropa üçün yeni alternativ ortaya çıxacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!