USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Formula-1” üzrə Avropa Qran-pri yarışlarının media akkreditasiyası prosesinə start verilib

Martın 1-dən “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının media akkreditasiyası prosesinə start verilib.

Yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya prosesi martın 31-dək onlayn qaydada təşkil olunacaq. Akkreditasiya iyunda Azərbaycanda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışlarının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) rəsmi internet səhifəsində (www.bakucitycircuit.com/az) aparılır.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri və “Formula-1” üzrə Avropa Qran-prisinin milli mətbuat katibi Nigar Arpadarai jurnalistləri akkreditasiya prosesində fəal olmağa dəvət edərək deyib: “Bakıda ilk dəfə keçiriləcək Avropa Qran-prisində yerli jurnalistlərin iştirakı bizim üçün olduqca əhəmiyyətlidir. Xüsusilə də “Formula-1” kimi dünya əhəmiyyətli bir yarışa vəsiqə qazanıb onu işıqlandırmaq jurnalistlərimiz üçün nadir fürsətdir. Bu işdə hamınızı fəal olmağa çağırıram”.

Avropa Qran-pri yarışları iyunun 17-19-da Bakıda təşkil olunacaq. Qran-pri yarışlarını dünyanın 187 ölkəsində 500 milyondan çox insan seyr edir. Sinqapur, Monako və Melbrun kimi, Bakıda da bu mötəbər yarış şəhər trekində keçiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!