USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dövlət müstəqilliyinin 25 illiyinə həsr edilən konfrans keçirilib - AUDIO / FOTOLAR

ASAN Radio xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyinə həsr edilən konfrans keçirib.

Öncə dövlət himni oxunub və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Toplantını açıq elan edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, Azərbaycan xalqı 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını tələb etməsəydi, yenicə bərpa olunan müstəqillliyimizin itirilmə təhlükəsi real idi.

Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dövlət quruculuğu prosesinə mane olmaq istəyən, hərbi və siyasi çevriliş cəhdinə çalışan qüvvələrin, terror təhlükələrinin qarşısı uğurla almaq mümkün olub:

“Ümummilli lider Heydər Əliyevin gərgin zəhməti nəticəsində ölkəmiz tənəzzül dövrünü geridə qoyaraq 21-ci əsrə yeni, inkişaf edən Azərbaycanla qədəm qoydu. Heydər Əliyev kursunun layiqli davamçısı olan cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionun lider dövlətinə, inkişaf etmiş iqtisadiyyata, müasir infrastruktura malik ölkəyə çevrildi. 26 sentyabrda keçirilən refendumda xalqımız bir daha cənab prezidentin çağırışına böyük dəstək nümayiş etdirməklə xalqla hakimiyyətin əzəmətli birliyini nümayiş etdirdi”.

Aşağıdakı linkdən səs yazısını dinləyə bilərsiniz.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!