USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nazir: "İşəgötürənlər təhlükəsizlik qaydalarını kobud şəkildə pozurlar"

"Artıq 1 ilə yaxın müddətdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tikinti şirkətlərində yoxlamalar aparmır. Buna görə də biz müxtəlif təbliğat vasitələri ilə tikinti şirkətlərinə, işəgötürənlərə xəbərdarlıq, xahiş edərək bildirmişik ki, əməyin təhlükəsizliyi qaydalarına riayət edilsin".

ASAN Radio xəbər verir ki bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazir bildirib ki, son zamanlar əməyin təhlükəsizliyi qaydaları işəgötürənlər tərəfindən kobud şəkildə pozulur: "Təəssüflər olsun ki, işəgötürənlər əməyin təhlükəsizliyinə yönəldilməli olan vəsaitə qənaət edir, onu başqa istiqamətə yönəldirlər. Bunun nəticəsidir ki, tikintidə insan itkisi ilə nəticələnən hadisələr baş verir. Bunun qarşısının alınması üçün mən bir daha işəgötürənlərə müraciət edirəm ki, əməyin təhlükəsizliyi qaydalarına riayət etsinlər. Hər belə hal üçün ağır təhqiqat nəticələri ortaya çıxır. Bu isə sığorta şirkətlərinin işinə də çətinlik törədir. İşçilərin sığortalanmaması onlara problem yaradır, nəticədə onların ailəsi sığorta ödənişi ala bilmirlər".

Nazir əlavə edib ki, bu sahədə sığorta işini həyata keçirən sığorta şirkətləri özlərinin sığorta yığımlarının bir hissəsindən ölkədə əməyin təhlükəsizliyi normalarına əməl olunmasına nəzarəti həyata keçirmək üçün müəyyən bir fond yaratmalıdırlar. "Əgər bu baş verərsə, düşünürəm ki, bu sahədə müəyyən qayda-qanun yarada bilərik", - deyə nazir bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!