USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Səlim Müslümov tacikistanlı həmkarı ilə görüşüb - FOTOLAR

ASAN Radio Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, nazirlikdə Tacikistanın əmək, miqrasiya və əhalinin məşğulluğu naziri Sumanqul Taqoyzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğulayıb ki, Azərbaycanın əmək bazarında sabit vəziyyətin hökm sürür. 

S. Müslümov son illərdə ölkəmizin əmək və sosial müdafiə sistemində elektron texnologiyaların geniş tətbiqi nəticəsində yaradılmış avtomatlaşdırılmış idarəetmə və xidmətlər sistemi barədə məlumat verib.

Əmək müqavilələrinin elektron qeydiyyat sistemindən bəhs edən nazir əməkçi miqrantlarla bağlı vəziyyətin obyektiv şəkildə öyrənilməsində də bu sistemin mühüm rolunu diqqətə çatdırıb.

O qeyd edib ki, sistemdə əməkçi miqrantlarla, o cümlədən Tacikistan Respublikasının vətəndaşları olan əməkçi miqrantlarla bağlanmış əmək müqavilələri də qeydiyyatdan keçirilir. Bu da ölkə vətəndaşları kimi, onların da əmək və sosial hüquqlarının təmin olunmasına hüquqi əsas yaradır: “Bununla yanaşı, Azərbaycan vətəndaşları kimi, ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər də artıq 10 ildən çoxdur ki, fərdi uçot sistemi ilə əhatə olunub. Həmin insanların gələcək pensiya təminatına stimul formalaşdıran bu sistemdə digər xarici ölkələrin vətəndaşları ilə yanaşı, Tacikistan vətəndaşları olan 50 nəfər də qeydiyyatdadır”.

Görüşdən sonra S.Taqoyzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon Məşğulluq Mərkəzinin yeni iş şəraitinin istifadəyə verilməsi tədbiri olub.

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!