USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bu gün Pavarottinin ad günüdür - AUDİO

Luçiano Pavarotti  /12 oktyabr 1935 – 6 sentyabr 2007/

Dünyaşöhrətli italyan tenoru, opera  ifaçısı Luçiano Pavarotti 12 Oktyabr 1935-ci ildə anadan olub. O ilk dəfə La Boheme adlı opera oyununda Rodolfo xarakteriylə tamaşaçı qarşısına çıxır. Operanı milyonlara sevdirən Pavarotti dünyanın bir sıra məşhur opera səhnələrində çıxış edir. O eyni zamanda 2 Ginnes rekordunun da sahibidir. Konsertlərin birində o səhnədən ayrıldığı zaman tamaşaçılar tərəfindən 165 dəfə alqışlanaraq, yenidən səhnəyə geri çağırılır.

Pavarotti növbəti  Ginnes rekordunu Plasido Domingo və Xose Karrerasla birlikdə hazırladıqları “The Three Tenors in Concert” albomunun bütün zamanların ən çox satılan klassik musiqi albomu  ilə qazanır.

Onun yaradıcılığında xüsusi yer tutan  məşhur müğənnilərlə olan duetləri  geniş dinləyici auditoriyası qazanır. 

Uzun illər opera səhnəsinin kralı olan Luçano Pavarotti 6 sentyabr 2007-ci ildə vəfat edib.

Aşağıdakı linkdən səs yazısını dinləyə bilərsiniz.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!