USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Koreyaya səfər edib - FOTOLAR

ASAN Radio xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti 2016-cı il 6-7 oktyabr tarixində Koreya Respublikasına səfər edib.

Səfərin məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan və Koreya arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və bu istiqamətdə konkret tədbirlərin birgə həyata keçirilməsi perspektivlərini müzakirə etmək idi.

Dövlət Agentliyinin sədr müavini Ü.Mehdiyev və Koreya Respublikasının Daxili İşlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq bürosunun baş direktoru İn-Qyun Çunq arasında baş tutmuş görüşdə cari ilin 19 avqust tarixində Bakıda təşkil edilmiş “Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlıq Forumu”nun nəticələri yüksək qiymətləndirilib. Forum çərçivəsində iki qurum arasında imzalanmış “E-hökumət və dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun icra edilməsi üzrə gələcək birgə fəaliyyət geniş müzakirə edilib.

Bu məqsədlə hər iki tərəfdən əlaqələndiricilərin təyin edilməsi və yaxın aylarda Tədbirlər Planının qəbul edilməsinə dair razılıq əldə olunub.

Eyni zamanda, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Strategiya və planlaşdırma idarəsinin baş direktoru Donq Ho Kimlə keçirilmiş görüşdə iki qurum arasında əməkdaşlığın hazırkı vəziyyətinə nəzər salınmış və münasibətlərin daha da genişləndirilməsi üzrə KOICA-nın dəstəyi və gələcək addımlara dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində həmçinin Dövlət Agentliyinin nümayəndə heyəti “İnkişaf sahəsində Səmərəli Əməkdaşlıq üçün Qlobal Əməkdaşlıq” təşəbbüsünün həyata keçirilməsinə həsr edilmiş 3-cü Busan Qlobal Əməkdaşlıq Forumunda iştirak edib. Forumun plenar iclası zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda dövlət idarəçiliyi və dövlət xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilən institusional islahatların tərkib hissəsi olaraq yaradılmış “ASAN xidmət” modelinin fəaliyyəti barədə ətraflı çıxış edilib. Qeyd edilib ki, Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatının qalibi və dünyada Azərbaycanın brendi kimi tanınan “ASAN xidmət”in uğurlu təcrübəsinin digər ölkələrdə, xüsusilə də inkişaf etməkdə olan ölkələrdə tətbiq edilməsi istiqamətində konkret tədbirlər həyata keçirilir. Buna nümunə olaraq 2016-cı il 12 iyul tarixində Kabil şəhərində imzalanmış Anlaşma Memorandumuna əsasən Əfqanıstanda eyniadlı dövlət xidmətləri göstərən qurumun təsis edilməsinə diqqət çəkilib. Vurğulanıb ki, “ASAN xidmət”in tətbiqi ilə bağlı Azərbaycan Respublikası Hökumətinin digər ölkələrlə əlaqələri Cənub-Cənub Əməkdaşlığı üçün ən yaxşı nümunələrdəndir.

Bildirilib ki, Dövlət Agentliyi “ASAN xidmət” modelinin qabaqcıl təcrübəsinin maraqlı ölkələrə ötürülməsi istiqamətində ikitərəfli və çoxtərəfli müstəvilərdə, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıq təşəbbüsləri çərçivəsində fəaliyyətini davam etdirməyə hazırdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!