USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Polad Bülbüloğlu: “Bircə Qarabağ problemini həll etmək qalıb”

“Putin-Əliyev-Ərdoğan, eləcə də Putin-Əliyev-Ruhani üçtərəfli formatları sülh və sabit region yaratmaq üçün ciddi irəliləyişin olduğunu göstərir”.

ASAN Radio xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, bu sözləri səfir Polad Bülbüloğlu “Vestnikkavkaza” agentliyinə müsahibəsində bildirib.

Rusiya, Azərbaycan və Türkiyə prezidentlərinin Dünya Enerji Konqresində iştirakını, əldə olunan anlaşmaları və tədbirə dünya ictimaiyyətinin böyük marağını şərh edən səfir deyib ki, təkcə Dağlıq Qarabağ problemi həll olunmamış qalıb: “Bircə Dağlıq Qarabağ problemini həll etmək qalıb. Rusiya və Türkiyə ilə böyük əlaqələri olan bir qardaş ölkə kimi bizi onların münasibətlərində 180 dərəcə dönüş yaranması çox şad edir. Bu gün iki ölkə arasında iqtisadi və mədəni əlaqələr tam həcmdə bərpa olunur. Bununla əlaqədar bir müddət əvvəl televiziya ekranlarından Türkiyəyə və onun prezidentinə hədyanlar yağdıranlara müraciət etmək istərdim. İndi onların tamaşaçılara deməyə sözləri yoxdur. Politoloqlar irəliyə baxmalıdırlar və anlamalıdırlar ki, bu gün Türkiyə, Rusiya, Azərbaycan və İran arasında əlaqələr region və dünya üçün, xüsusilə də müxtəlif güc mərkəzlərinin qarşıdurmasında, çox vacibdir. Mən şəxsən bu görüşü yüksək qiymətləndirirəm. Mənə elə gəlir ki, bu, bizim ölkələrimizin qarşılıqlı əlaqələri tarixində yeni dönəmdir”. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!