USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda MDB üzvü olan dövlətlərin miqrasiya orqanları rəhbərlərinin görüşü keçirilib

ASAN Radio xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iclasda çıxış edib. O qeyd edib ki, hazırda dünyada baş verən intensiv miqrasiya prosesləri həm bütün dünya üçün, həm də MDB ölkələri üçün aktualdır. F.Ələsgərov miqrasiya siyasətinə istər milli, istərsə də beynəlxalq səviyyədə yeni yanaşmalar hazırlanmasının zəruriliyini bildirib. Şöbə müdiri xatırladıb ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi nəticəsində MDB məkanında qaçqınlar və məcburi köçkünlər problemi ilə üzləşmiş birinci ölkə Azərbaycan olub.

MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev MDB-nin fəaliyyətinin daim dəstəklənməsinə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib. S.Lebedev xatırladıb ki, MDB-nin yaradılmasından 25 il keçir. Bu müddətdə MDB-nin beynəlxalq və regional birlik kimi özünü təsdiq etdiyini vurğulayan icraçı katib MDB məkanında miqrasiya məsələlərinin müzakirə edilməsinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib ki, miqrasiya sahəsində beynəlxalq təşkilatlarla işbirliyi, habelə müxtəlif ölkələrin müvafiq orqanları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. O qeyd edib ki, MDB çərçivəsində mövcud miqrasiya problemlərinin və digər mühüm məsələlərin həlli üçün qarşılıqlı fəaliyyət, koordinasiya və anlaşma sahəsində böyük uğurlar qazanılıb.

Şura üzvləri MDB iştirakçısı olan dövlətlərin vətəndaşlarının qarşılıqlı səfərləri üçün əlverişli şərait yaradılması təcrübəsini, Birlik ölkələrinin ərazisinə daxil olan üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin vahid uçot sistemin yaradılması işinin gedişini və miqrasiya sahəsində əməkdaşlığı tənzimləyən MDB dövlətlərinin hüquqi aktlarının inventarlaşdırılması məsələsini müzakirə ediblər.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!