USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İlham Əliyev Bakıda oksigen zavodunun açılışında iştirak edib - YENİLƏNİB / FOTOLAR

ASAN Radio xəbər verir ki, prezident İlham Əliyev “Baku steel company” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) oksigen zavodunun açılışında iştirak edib.

MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.

O bildirib ki, burada 2012-2013-cü illərdə əsaslı yenidənqurma işləri aparılıb. Cəmiyyətin inzibati binası da görülən işlər çərçivəsində müasir səviyyəyə çatdırılıb. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderin bu şirkətdə, Prezident İlham Əliyevin isə müxtəlif istehsal müəssisələrində olduqları vaxt çəkilən fotolarından ibarət stend yaradılıb. Şirkət 2001-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə açılıb.

Prezident İlham Əliyevə burada hazırda icra olunan üç yeni layihə barədə məlumat verilib. Yeni layihələrə ferroərintilərin və şıxta materiallarının soba və soba-çalova verilməsini təmin edən müasir avtomatlaşdırılmış qurğunun, 9 metr radiusda olan üçşırnaqlı, tökmə sürəti dəqiqədə 5 metr olan fasiləsiz pəstahtökmə maşınının quraşdırılması, həmçinin illik məhsuldarlığı 550 min ton olan çeşidli yayma xəttinin yaradılması daxildir. Bu xətt istehsal prosesində itkiləri azaltmaq üçün pəstahların bir-birinə avtomatik qaynaq olunması qurğusu ilə təchiz edilib. Çeşidli yayma xəttində tökmə maşınından pəstahların isti şəkildə verilməsi də nəzərdə tutulub ki, bu da öz növbəsində enerjiyə qənaət etməyə imkan yaradır. “Baku steel company” MMC bu layihələri İtaliyanın “Danieli” şirkəti ilə reallaşdırır.

Sonra Prezident İlham Əliyev oksigen zavodunun açılışında iştirak edib.

Zavod dünyanın bu sahədə ən qabaqcıl şirkəti olan “Air Liquide” şirkətinin avadanlığı ilə təchiz olunub. İnşası yerli şirkətlər tərəfindən aparılan bu müəssisənin istehsal gücü saatda 5 min kubmetrdir. Burada istehsal ediləcək oksigen kimyəvi tərkibinə görə çox yüksək təmizliyə malikdir və “Baku steel Company”nin artan istehsal gücünü tam ödəməklə yanaşı, elektrik qövs sobasında kimyəvi enerji kimi istifadə edilir. Bu isə elektrik enerjisi məsrəfinə qənaət etməyə imkan verir.

Dövlət başçısı İlham Əliyev zavodu işə salan düyməni basıb.

“Baku steel company” MMC ölkəmizin qeyri-neft sektorunda ən böyük vergi ödəyicilərindəndir. Burada son illərdə aparılan yenidənqurma işləri nəticəsində şirkətin illik istehsal gücü 250 min tondan 1,100 min tona çatdırılıb.

Prezident İlham Əliyev polad istehsalı sahəsində məhsulun hazırlanması prosesi ilə tanış olub.

Bu il “Baku steel company”də tikişsiz boru istehsalı üçün xammal olan dairəvi pəstahların hazırlanmasına başlanılıb. Hazırda diametri 130, 170, 190, 220 millimetr olan dairəvi pəstahlar müvafiq polad markalarına uyğun olaraq istehsal edilir.

Dövlət başçısı burada istehsal olunan məhsullara baxıb.

“Baku steel company” MMC müasir Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan qabaqcıl poladəritmə müəssisəsidir. Müəssisədə quraşdırılan dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıq yüksək keyfiyyətli və rəqabətədavamlı məhsul əldə etməyə tam imkan verir. Daxili və xarici bazarın polad məmulatlarına tələbatını nəzərə alan “Baku steel company” istehsal olunan məhsulun çeşidini genişləndirib. Bu məqsədlə zavodda iki yeni yayma xətti quraşdırılaraq çoxçeşidli künclük, şveller, ikitavrlı şveller və yayma məftil məhsullarının istehsalına başlanılıb. Eyni zamanda, müəssisədə müxtəlif markalı polad pəstahlar, diametri 10-32 millimetr olan armaturlar istehsal edilir. Məhsulların hamısı yüksək keyfiyyəti ilə seçilir. İxrac siyasətini hər zaman inkişaf etdirən şirkət məhsullarını Rusiya, Gürcüstan və digər ölkələrin bazarlarına çıxarır. Regionun aparıcı müəssisələrindən biri olan “Baku steel company” məhsulun çeşidini daha da genişləndirməyi qarşısına məqsəd qoyub. Şirkət regionun və dünyanın aparıcı metallurgiya ixracatçısı kimi fəaliyyətini müasir tələblər səviyyəsində qurub.

Müəssisə ilə tanış olan dövlət başçısı kollektivə uğurlar arzulayıb.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!