USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azay Quliyev Monteneqronun Prezidenti ilə görüşüb

ASAN Radio xəbər verir ki, Monteneqronun Prezidenti Filip Vuyanoviç Podqoriça şəhərində ATƏT PA Monteneqroda keçiriləcək parlament seçkilərinin müşahidə missiyasının rəhbəri, ATƏT PA-nın vitse prezidenti Azay Quliyev və ATƏT-in xüsusi əlaqələndiricisi Marqareta Sederfeltlə görüşüb. Bu haqda məlumatı Prezident Vuyanoviç Adminstrasiyasının mətbuat xidməti və rəsmi saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, görüşdə Prezident Vuyanoviç ATƏT PA rəsmilərini Monteneqroda keçiriləcək seçkilərin azad, ədalətli və demokratik standartlara cavab verən səviyyədə keçiriləcəyini əmin edib. Bu məqsədlə Prezidnet Vuyanoviç bildirib ki, beynəlxalq müşahidəçilərin, ATƏT PA rəsmilərinin və müşahidə missiyasının, habelə yerli müşahidəçilərin iştirakından  məmnundur və xüsusilə missiyanın fəaliyyətinə böyük dəyər verir. 

“ATƏT PA-nın təmsilçiləri öz növbəsində deyiblər ki, missiyanın əsas məqsədi mövcud mandat çərçivəsində fəaliyyət göstərməkdir və ümid edirlər ki, seçkidə iştirak edən tərəflər xoş və qarşılıqlı hörmətə söykənən münasibət sərgiləyəcəklər”- deyə xəbərdə bildirilir.

Qeyd edək ki, Monteneqroda Parlament seçkiləri 16 oktyabrda baş tutacaq və ATƏT PA vitse- prezidenti Azay Quliyev seçkiləri müşahidə missiyasının rəhbəri kimi bu ölkədə səfərdədir. Azay Quliyev seçkilərdən bir gün sonra- 17 oktyabrda seçki ilə bağlı Parlament Assamblyesının ilkin rəyini mətbuata açıqlayacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!