USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xalq Şairi Səməd Vurğunun 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib - AUDİO / FOTOLAR

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

ASAN Radio xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə respublikanın bir sıra elm, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək böyük şairin həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən danışıb.

O deyib ki, “Xalq Şairi Səməd Vurğunun adı, şəxsiyyəti və yaradıcılığı Azərbaycan xalqının tarixi, mədəniyyəti bugünkü müstəqilliyimizin ideoloji əsasında dayanan azərbaycançılıq məfkurəsi ilə birbaşa bağlıdır. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev böyük şairin yaradıcılığına həmişə önəm verərək onun “Azərbaycan” şeirinin misralarını yüksək kürsüdən xüsusi hissiyyatla söyləyib”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar şairin zəngin yaradıcılığından söz açıb.

Səməd Vurğunun poema və şeirlərindən söz açan natiq deyib ki, onun “Azərbaycan” şeiri ədəbiyyatımızın incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini yüksək formada tərənnüm edib. Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. O, xalqımızın yaddaşında böyük təəssübkeş şair kimi əbədi yaşayacaq.

Tədbir konsert proqramı ilə davam edib.

Gecədə S.Vurğunun şeirlərinə bəstələnmiş mahnılar ifa olunub, şeirləri səsləndirilib.

Aşağıdakı linkdən səs yazısını dinləyə bilərsiniz.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!