USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
BMT rəsmisi: "Azərbaycanın əldə etdiyi uğurlar region ölkələr üçün nümunədir"

ASAN Radio xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan BMT İnkişaf Proqramının Dayanıqlı İnkişaf üzrə Qrup rəhbəri Corc Bumanla və BMT İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Alessandro Frakasetti ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, Azərbaycan BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin reallaşdırılması sahəsində məqsədyönlü strategiyaya və uğurlu iş təcrübəsinə malikdir. Sosial-iqtisadi tərəqqiyə hesablanan mühüm dövlət proqramları nəticəsində ölkədə yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizədək azalıb. Təsadüfi deyil ki, Azərbaycan BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələrdən biridir. Həmçinin BMT İnkişaf Proqramının 2015-ci ildə insan potensialının inkişafına dair “İnsan inkişafı naminə əmək” adlı məruzəsində Azərbaycan insan inkişafının yüksək səviyyədə olduğu ölkələr siyahısına daxil edilib. Azərbaycanın 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi də ölkəmizdə iqtisadi və sosial inkişafa beynəlxalq səviyyədə verilən daha bir yüksək qiymətdir.

Nazir müavini vurğulayıb ki, BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulan ölkəmizdə bu məqsədlərin əhatə etdiyi iqtisadi, sosial və ekoloji istiqamətlər üzrə fəal siyasət aparılır. Dövlət başçısının 6 oktyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması da “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dəki öhdəliklər üzrə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinə yönəlib. Bu sahədə işlər ümumilikdə daha dayanıqlı, şaxələndirilmiş iqtisadiyyatın tərəqqisi, sosial sahələrin tarazlı inkişafı üçün səmərəli milli icra mexanizminin formalaşdırılmasına xidmət edir.

C.Buman ölkəmizdə iqtisadi tərəqqi proseslərinin sosial sahədə də inkişafla müşahidə edilməsinin onlar tərəfindən rəğbətlə qarşılandığını, Azərbaycanın qısa müddətdə əldə etdiyi uğurlarının region ölkələr üçün nümunə olduğunu qeyd edib, Azərbaycanın BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında da nailiyyətlər qazanacağına əminliyini ifadə edib.

Görüş BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə strategiyanın hazırlanması məsələlərinə dair fikir mübadiləsi ilə davam edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!