USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Cenevrədə Xocalı həqiqətlərindən bəhs edilib

Oktyabrın 13-də Cenevrədə 120 diplomatın, QHT nümayəndələrinin, tədqiqatçıların və Azərbaycan diaspor üzvlərinin iştirakı ilə Xocalı faciəsinin qurbanlarına həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Paris nümayəndəliyinin birgə əməkdaşlığı şəraitində  tərəfindən təşkil edilib.

TEAS-dan ASAN Radioya verilən məlumata görə, anma tədbirində kinematoqrafiya sahəsində dünyanın ən nüfuzlu mükafatlarının qalibi olan “Endless Corridor” (“Sonsuz Dəhliz”) sənədli filmi nümayiş etdirilib və “Khojaly Witness of a War Crime - Armenia in the Dock“ (“Xocalı Müharibə Cinayətinin Şahidi – Ermənistan Müttəhim Kürsüsündə”) kitabının Cenevrə təqdimatı keçirilib.

Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov qeyd edib ki, “Sonsuz Dəhliz” filmi sıradan bir sənədli statistik film deyil, müharibə nəticəsində təsirə məruz qalmış insanların ruhunu ehtiva edir. Hər bir ölümün arxasında insan taleyi durur. Film Xocalıda sağ qalmış bəzi şəxslərin həyat hekayələri barədədir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!