USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Apellyasiya Komissiyası QHT-lərin müraciətlərini cavablandırıb

ASAN Radio xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apellyasiya Komissiyasının iclası keçirilib. Şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2016-cı il üçüncü maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 20 QHT-nin müraciətinə baxılıb.

İclasda komissiyaya təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilib və onların hazırlanmasında yol verilmiş nöqsanlar QHT rəhbərlərinin nəzərinə çatdırılıb.

Müzakirələrdən sonra ekspertlərin rəyi də nəzərə alınaraq Apellyasiya Komissiyasına müraciət edən QHT-lərin layihələri ilə bağlı Şuranın qərarı məqbul hesab olunub.

Apellyasiya Komissiyasının üzvləri QHT rəhbərlərinin nəzərinə çatdırıb ki, müsabiqəyə təqdim olunan layihələr ictimai baxımdan aktuallığı ilə, yerinə yetiriləcək fəaliyyətlərin isə konkretliyi ilə seçilməsi vacibdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!