ASAN Radio xəbər verir ki, ASAN ödəniş sistemi üçün mobil tətbiqetmələr hazırlanacaq.
Tender Komissiyasının verdiyi məlumata əsasən, bu məqsədlə elan olunmuş müsabiqədə iddiaçılar Şəxsi kabinet üzərindən ödənişlərin təmin edilməsi, Şəxsi kabinet üzərindən operatorla, iştirakçı və istifadəçilərlə əlaqə saxlanılması üçün yazışma sisteminin qurulması, 108 Çağrı Mərkəzi ilə bir başa əlaqə yaratma imkanının yaradılması, Bütün ödəniş tələblərinin inteqrasiyası:
I. Cərimə, II. Rüsum, III. Kommunal ödənişlər, IV. Sair ödənişlər, Bütün prosesinq mərkəzləri ilə interqrasiyanın təmin edilməsi, Elektron cib xidmətinin yaradılması və başqa əlavələr nəzərdə tutulur.
Tenderdə iştirak etmək istəyənlər sənədləri oktyabrın 26-na qədər təqdim edə bilərlər.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!