USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Antonio Quterreş BMT-də islahatlar aparılmasına tərəfdardır

BMT-nin yeni seçilmiş baş katibi Antonio Quterreş France-24 telekanalına müsahibəsində qurumda islahatların zəruri olduğunu bildirib.

ASAN Radio TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yeni baş katib müsahibəsində islahatla bağlı mövqeyini açıqlayıb: BMT-dən onun mənəvi güc qismində real nüfuzunu təmin etmək üçün funksionallığını yenidən nəzərdən keçirmək, çatışmazlıqları analiz etmək, yerlərdəki real vəziyyətin dəyişməsinə nail olmaq tələb edilir. “Birləşmiş Millətlər Təşkilatında islahatlar artıq həyata keçirilir və BMT-nin maksimal effektivliyinə nail olmaq üçün onun davamını təmin etmək lazımdır”, - deyə siyasətçi bildirib.

Bununla yanaşı, Antonio Quterreş qeyd edib ki, əsasən də BMT-nin qaçqınların işi üzrə Ali komissarlığında aparılacaq islahatlar “bürokratik aparatın təminatına daha az, real fəaliyyətlərə, ölkə və regionlarda yaşayan xalqların ehtiyaclarının ödənilməsinə daha çox resurs ayrılmasını” təmin etməlidir.

“Bu asan məsələ deyil, lakin mən onun yerinə yetirilməsi üçün səylərimi əsirgəməyəcəyəm, - deyə BMT-nin yeni başçısı bildirib.

Suriya böhranına da toxunan Quterreş qeyd edib ki, bu münaqişənin nizamlanması BMT-nin gələcək fəaliyyətində prioritet məqsədlərdən biri olmalıdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!