USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Energetika naziri Natiq Əliyev Enerji Xartiyasının baş katibini qəbul edib

ASAN Radio xəbər erir ki, “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumunda iştirak məqsədilə Bakıda səfərdə olan Enerji Xartiyasının baş katibi Urban Rusnak Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevlə görüşüb. Görüşdə Azərbaycanla təşkilat arasında əməkdaşlıq məsələləri və Beynəlxalq Enerji Xartiyası ilə əlaqədar proseslərdə əldə edilmiş nailiyyətlər və son dəyişikliklər ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, 2012-ci ildən Beynəlxalq Enerji Xartiyasının hazırlanması prosesinə start verilib və yekun sənəd 2015-ci il may ayında Haaqa konfransında 75-dən çox iştirakçı dövlət tərəfindən imzalanıb. Yenilənmiş siyasi Bəyannamədə enerji təhlükəsizliyi daha geniş mənada - enerji istehsalçısı, istehlakçısı, tranzit və enerji resurslarına məhdud çıxışı olan ölkələrin təhlükəsizliyi aspektində təsbit olunub. Baş katib Urban Rusnak bu sənədin Enerji Xartiyasının Müqaviləsində nəzərdə tutulan hüquqi normaların dəyişdirilməsi və ya genişləndirilməsi üçün əsas olacağını diqqətə çatdırıb. Onun sözlərinə görə enerji ehtiyatlarının tranziti üzrə çoxtərəfli çərçivə sazişinin hazırlanması Enerji Xartiyası üçün xüsusi aktuallıq kəsb edir. Azərbaycanın tranzit ölkə kimi bu istiqamətdə əldə etdiyi təcrübə bu prosesə mühüm töhfə verə bilər.

Energetika naziri Natiq Əliyev dünyanın aparıcı şirkətləri ilə imzalanmış və Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasında mühüm rol oynamış “Hasilatın Pay Bölgüsü” və digər ikitərəfli sazişlərin ərsəyə gəlməsi tarixçəsindən danışaraq, həm bu sazişlərin, həm də tranzit ərazisinə malik ölkə kimi imzalanmış digər çoxsaylı sənədlərin mühüm hüquqi baza yaratdığnı qeyd edib. “Bu sənədlər bu gün mühüm dəyərə malikdir”, deyə Natiq Əliyev enerji daşıyıcılarının tranziti ilə bağlı təcrübəni bölüşməyə və lazımı texniki dəstəyi göstrərməyə Azərbaycanın hər zaman hazır olduğunu diqqətə çatdırıb.

Urban Rusnak onu da əlavə edib ki, qısa müddətdə enerji ixracatçısına çevrilməsi və qlobal enerji təhlükəsizliyi sahəsində qazandığı statusu ilə Azərbaycan Beynəlxalq Enerji Xartiyası tərəfindən digər ölkələr üçün örnək kimi qəbul edilir. Baş katib növbəti 5 il müddətində Azərbaycanla əməkdaşlığın daha dərinləşdirilməsi üçün yeni hüquqi sənədin imzalanmasının vacibliyini vurğulayıb. O, 25-26 noyabr tarixində Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək Enerji Xartiyasının 27-ci konfransında Azərbaycanın da iştirakının zəruri olduğunu diqqətə çatdırıb.

Natiq Əliyev isə enerji sektorunda beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsində Enerji Xartiyasının rolunu bir daha yüksək qiymətləndirərək, Azərbaycanla bu qurum arasında əlaqələrin inkişafı üçün lazımı tədbirlərin görüləcəyini bildirib. Daha sonra Enerji Xartiyası İnvestisiya Qrupuna Azərbaycan tərəfindən namizədin göndərilməsi və qarşılıqılı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!