USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Prezidenti İranın Ərdəbil əyalətinin valisini qəbul edib - YENİLƏNİB

ASAN Radio xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının Ərdəbil əyalətinin valisi Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azıərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Son illər prezidentlər səviyyəsində keçirilən çoxsaylı görüşlərin əhəmiyyətini qeyd edən dövlət başçısı hər iki tərəfin əlaqələrimizin inkişafı üçün səylərini əsirgəmədiyini deyib. İran Prezidenti Həsən Ruhaninin avqust ayında ölkəmizə uğurlu səfərinə toxunan Prezident İlham Əliyev səfər zamanı ikitərəfli və üçtərəfli məsələlərin müzakirə edildiyini vurğulayaraq bildirib ki, məqsədimiz Azərbaycan-İran əlaqələrini bundan sonra da uğurla inkişaf etdirmək və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaqdır. Qarşılıqlı təmasların davamlı olmasının önəmini qeyd edən Prezident İlham Əliyev İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin Azərbaycana böyük nümayəndə heyəti ilə səfərinin regionlararası və ölkələrarası münasibətlərin daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını deyib.

İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxş Prezident Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırıb. O, dövlət müstəqilliyinin 25 illiyi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. İlk dəfə ölkəmizə 1990-cı və 1991-ci illərdə səfər etdiyini vurğulayan Ərdəbil Əyalətinin valisi həmin səfər zamanı Bakıda, Sumqayıtda və Naxçıvanda olduğunu deyib və ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu bildirib. Məcid Xudabəxş ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda görülən böyük işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini xüsusi olaraq vurğulayıb. Budəfəki səfərləri zamanı da Sumqayıt şəhərinə getdiklərini və burada da sürətli inkişafın şahidi olduqlarını qeyd edən Məcid Xudabəxş Sumqayıtla Ərdəbilin qardaşlaşmış şəhərlər olması ilə bağlı qərar qəbul etdiklərini məmnunluqla bildirib.

Görüşdə ölkələrimizin ayrı-ayrı regionları arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!