USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan prezidenti: "Neftin qiyməti ilə bağlı böhran göstərdi ki, maliyyəni çox qənaətlə istifadə etmək lazımdır"

"Azərbaycanın 2017-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar müəyyənləşdirilib və biz neftin qiymətinin dəyişməsi zamanı risklə qarşılaşacağımızı gözləmirik".

ASAN Radio xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev “Sputnik Azərbaycan” agentliyinə müsahibəsində deyib.

“Bu il biz büdcəyə yenidən baxmaqla neftin qiymətini 25 dollar müəyyən etdik, lakin ili artımla başa vurduq. Növbəti il üçün qiyməti 40 dollar müəyyən etmişik. Düşünürəm ki, neftin qiyməti bundan aşağı düşməyəcək və prinsipcə, bu bizə əlavə problemlər yaratmayacaq. Yeganə məsələ odur ki, biz dövlət tərəfindən maliyyələşən investisiya layihələrini azaltmalı olduq”, - deyə dövlət başçısı bildirib.

Prezident qeyd edib ki, bu gün əsas məsələ ixracı diversifikasiya etmək, bazara rəqabətə davamlı məhsullarla çıxmaq və Azərbaycanın neftin qiymətinin azalması səbəbi ilə yaşadığı valyuta itkilərinin yerini doldurmaqdır: “Bəlkə də bu, müsbətə doğrudur. Çünki investisiya və tələb həddən atıq çox idi. Bilirsiniz, pul çox olanda müxtəlif dövlət strukturlarından çoxsaylı sifariş gəlir. Ona görə də neftin qiyməti ilə bağlı böhran bizi bir qədər sağlamlaşdırdı və göstərdi ki, maliyyəni çox  qənaətlə istifadə etmək lazımdır. Biz indi bunu edirik”.

İlham Əliyev bildirib ki, neft bazarı ümumilikdə qiymətin 60, hətta 70 dollar olacağına köklənib: “Bu, hər kəs üçün faydalı olar. Şirkətlərə investisiya imkanı verər, hasilatçı ölkələrə müxtəlif layihələr üçün maliyyə gəlirini təmin edər. İstehlakçılar isə nəticədə məhrum olduqları sifarişlərin təmin olunması ilə qazana bilərlər”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!