USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İlham Əliyev: "Azərbaycan "Türk axını"nı hər zaman dəstəkləyib"

Azərbaycan öz dostlar və qonşuları tərəfindən reallaşdırılan layihələri tam dəstəkləyir.

ASAN Radio xəbər verir ki, bunu "Sputnik" beynəlxalq informasiya agentliyinə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev "Türk axını" layihəsi ilə bağlı müvafiq sualı cavablandırarkən deyib.

Ölkə başçısı deyib ki, bu layihə regionda əməkdaşlığı və təhlükəsizliyi gücləndirir: "Bu cür layihələr regionda əməkdaşlıq və təhlükəsizliyi gücləndirir, ölkələrə öz iqtisadi və enerji maraqlarının təmin olunmasında yardım edir. Buna görə, biz "Türk axını"nı hər zaman dəstəkləmişik. Bu günlərdə mənim də iştirak etdiyim Ümumdünya Enerji Konqresi çərçivəsində Türkiyə və Rusiya bu layihənin bərpasına dəlalət edən sənədi imzaladılar və mən buna görə türk və rus həmkarlarımı təbrik edirəm".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!