USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan prezidenti: “Rusiya silahının ən ciddi alıcılarından biriyik”

“Biz Rusiya ilə yanaşı Türkiyə, İran, Belarus və digər dövlətlərdən silah alırıq. Həmçinin Pakistandan silah almaq niyyətindəyik. Pakistanın hərbi sənayesi kifayət qədər inkişaf edib və bu bizə çox yaxın dost dövlətdir”.

ASAN Radio xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın “Sputnik” agentliyinə müsahibəsində deyib.

Bununla yanaşı dövlət başçısı qeyd edib ki, silah ticarətində Azərbaycanın əsas tərəfdaşı Rusiyadır. Onun sözlərinə görə, Rusiya ilə ümumi dəyəri 5 milyard dollar olan sazişlər imzalanıb və onların əksəriyyəti yerinə yetirilib.

“Yəni, bu gün Azərbaycan ordusunda əsasən Rusiya istehsalı olan silahlardır. Bu əməkdaşlıqdan məmnunuq. Biz Rusiya silahının ən ciddi alıcılarından biriyik və əməkdaşlığımızın səviyyəsi yaxşıdır. Digər yerlərdə silah almağımıza gəldikdə isə bu, yəqin ki, təbiidir. Silah biznesi elədir ki, burada nə isə gizlətmək mümkün deyil”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!