USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Elmar Məmmədyarov: “Kontakt qrupunun İƏT və BMT qətnamələrinin həyata keçirilməsinə töhfə verəcəyinə inanırıq”

“Biz, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İƏT Kontakt qrupunun yaradılmasını yüksək qiymətləndiririk. İnanırıq ki, bu Kontakt qrupunun işi müvafiq İƏT və BMT qətnamələrinin həyata keçirilməsinə töhfə verəcək və bu istiqamətdə fərdi və birgə səylərinin uyğunlaşdırılmasına köməklik göstərəcək”.

ASAN Radio XİN-in mtbuat xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 43-cü sessiyasında çıxışı zamanı bəyan edib. 

Onun sözlərinə görə, Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə məhəl qoymadan və beynəlxalq hüququ kobudcasına pozmaqla Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesində destruktiv mövqe tutmaqda davam edir. 

“Azərbaycan bir daha Ermənistanın təcavüzünü və işğal olunmuş ərazilərdə bədnam etnik təmizləmə ilə Azərbaycan torpaqlarının işğalının qınanılmasında daimi prinsipial mövqeyinə görə İƏT Baş katibinə və üzv dövlətlərə öz səmimi təşəkkürünü çatdırır”.

Elmar Məmmədyarov deyib ki, “silahlı münaqişələr, terror aktları, qaçqın və miqrant böhranı, bəzi ölkələrdə dağıdıcı humanitar vəziyyət, din haqqında geniş yayılmış təhriflər və sülh və təhlükəsizlik üçün bir çox digər əngəllər qeyri-möhkəm və kövrək dünyamızda mövcud olmaqda davam edir”.

Nazir təəssüf edib ki, hazırda təşkilata üzv olan bir sıra dövlətlər həmin problemlərlə üz-üzədir. Elmar Məmmədyarov vurğulayıb ki, bu problemlərin mövcudluğunun əsas səbəblərindən biri - müasir dünyada sürətlə güclənən savadsızlıq və cəhalətin artmasıdır.

“Sessiyamızın “Təhsil və Maarifçilik - Sülh və Yaradıcılığa aparan Yol” adlı şüarı sanki bizə xatırladır ki, dünyamızın üzləşdiyi problemlər ilə mübarizədə uğur qazanmaq üçün açar təhsildədir. Təhsil hər bir fərdin, ailənin, icmanın, ölkənin və dünyamızın davamlı inkişafı üçün başlıca hərəkətverici qüvvə, həmçinin zəmanətdir. Təhsil və maarifçilik müsəlmanlar arasında həmrəyliyi gücləndirə, İslamofobiya meyllərinin kökünü kəsə, ekstremizmi dəf edə, tolerantlıq mədəniyyətini təşviq edə və müxtəlif mədəniyyətlər, dinlər və millətləri təmsil edən insanların dinc yanaşı yaşaması üçün əlverişli zəmin yarada bilən əsas qüvvələrdir. Təhsil bəşəriyyətə rifah və firavanlıq gətirir”.

Nazir təəssüflə qeyd edib ki, İslamın gətirdiyi yeniliklər və müsbət təsirləri inkar edərək, beynəlxalq ictimaiyyət İslamofobiya problemini münasib və effektiv şəkildə həll etməkdə aciz qalır. 

“Biz, hamımız etiraf edirik ki, İslamofobiyanın ortaya çıxmasına töhfə verən ilkin səbəb və faktorlardan biri şübhəsiz ki, zorakı ekstremizm və terrorizmdir. Bu təhlükənin aradan qaldırılmasına yönəlik beynəlxalq əməkdaşlığın gücləndirilməsinə ehtiyac güclü olaraq qalır. Terrordan irəli gələn təhlükə və çağırışların qarşısını səmərəli almaq, eləcə də onun yalnız bununla məhdudlaşmayan əsas səbəblərini- həlli uzanmış hərbi münaqişələr, savadsızlıq və sosial təcridetməni aradan qaldırmaq üçün bütün lazımi tədbirlərin görülməsi zəruridir”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!