USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan diasporu Litva Seymində keçirilən sərgidə təmsil olunub

ASAN Radio Diasporla İş üzrə dövlət komitəsinə istinadən xəbər verir ki, Litva Parlamentində təşkil olunan milli icmaların sərgisində Azərbaycan da təmsil olunub. „Litva Milli İcmaları: tarixin yolları ilə“ adlı sərgidə iyirmi milli icmanın yaranma tarixi, bu ölkədə təşəkkül tapmalarının ictimai-siyasi şəraiti, mədəniyyəti, maddi irsi və bu günkü fəaliyyəti haqqında bilgilər və fotogörüntülər yer alıb. Sərgidə Litva azərbaycanlılarına həsr olunmuş stend də nümayiş etdirilir.

Sərginin açılışında Seymiun deputatı Vitautas Yuzapaytis, Milli Azlıqlar Departamentinin nümayəndəsi Arturas Zapolkis, milli icmaların rəhbərləri, o cümlədən Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev iştirak edib.

Tədbirdə çıxış edənlər Litvada yaşyan icmaların, o cümlədən azərbaycanlıların ölkənin inkişafına verdiyi töhfələr qeyd olunub. Bildirilib ki, bu xalqlar öz milli xüsusiyyəti, yaradıcılığı, incəsənəti və tarixi ilə ölkənin tərəqqisinə dəstək göstərir. Qeyd edilib ki, hazırda Litvada 250-dən çox xalqın nümayəndəsi yaşayır və onların fəaliyyət dairəsi çox genişdir. Bu xalqlar ölkənin mədəniyyət, iqtisadiyyat, təhsil və digər sferalarında təmsil olunur. Ölkənin müstəqilliyinin qazanılmasında da milli icmaların rolu xüsusi qeyd edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!