USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Məktəblinin dostu” layihəsi çərçivəsində treninqlərə start verildi - FOTOLAR

ASAN Radio xəbər verir ki, Təhsil Nazirliyi və ASAN xidmətin birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblinin dostu” layihəsi çərçivəsində seçilmiş gənclər üçün treninqlər başlayıb. Treninqlər Fövqəladə Hallar, Səhiyyə nazirlikləri, Asan Xidmət, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri tərəfindən keçiriləcək. 5 saylı peşə litseyində baş tutan tədbirdə layihənin koordinatoru Rüstəm Ağayev bildirib ki,  ilkin mərhələsində bu layihə Bakı üzrə 30 ümumi təhsil müəssisəsini əhatətə edir.

“Məktəblinin dostu” olmaq üçün keçirilən müsabiqədə 21-30 yaş arasında olan 197 gənc uğur qazanıb. Layihənin əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması olacaq”.

Müəyyən müddətdən sonra nazirlik Asan Xidmətlə birlikdə monitorinq keçirəcək, şagirdlərin, valideynlərin və məktəb heyəti üzvlərinin fikirləri öyrəniləcək. Bundan sonra layihəni genişləndirmək üçün növbəti addımlar atılacaq. Layihə uğurlu olarsa, genişləndirilərək ölkənin digər şəhər və rayonlarında da həyata keçiriləcək. “Asan Xidmət Mərkəzi” İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev: “Seçilmiş namizədlər arasında kifayət qədər gənclərimiz var ki, ASAN School könüllülük məktəbinin məzunu olmayıblar.Biz belə qərara gəldik ki,bütün layihə iştirakçıları  ilk öncə ASAN School könüllülük məktəbindən keçərək məzun adını qazanacaqlar,daha sonra məktəblərdə könüllü kimi fəaliyyətə başlayacaqlar. Beləliklə, biz ASAN dəyərlərini məktəblərə daşımış olacayıq”.

Qeyd edək ki, treninqlər başa çatdıqdan sonra yenidən imtahanlar keçiriləcək və bu dəfə imtahanlardan uğurla keçmiş gənclər “Məktəblinin dostu” adını qazanacaqlar.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!