USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Su sayğacının təmiri ilə bağlı elektron müraciət qaydası tətbiq edildi

ASAN Radio “Azərsu”nun ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, müştəri xidmətlərinin asanlaşdırılması, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə “Su sayğaclarının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi müraciəti” elektron xidmətinin göstərilməsinə başlanılıb.

Artıq istehlakçılar su sayğacının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi üçün www.e-gov.az portalı və www.azersu.az saytı üzərindən rəsmi formada elektron qaydada müraciət edə biləcəklər. (Müraciət qaydası barədə ətraflı məlumat www.e-gov.az portalında yerləşdirilib).

Müraciət qeydiyyata alındıqdan sonra abonentin ünvanında Sukanal idarəsinin nümayəndəsi tərəfindən sayğaca baxış keçirilərək zəruri tədbirlər görülür.

Qeyd edək ki, “Azərsu” ASC hazırda əhali və qeyri-əhali qrupları daxil olmaqla 1402436 abonentə su təchizatı və kanalizasiya xidmətləri göstərir. Abunəçilərin 903719-u və ya 64,4 faizi sayğacla təmin olunmuşdur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!