“Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 70,1 min nəfər və ya 0,7 faiz artaraq sentyabr ayının 1-i vəziyyətinə 9 milyon 775 min 700 nəfərə çatıb”.
ASAN Radio xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Dünya Bankının Azərbaycan üzrə yeni ölkə meneceri Navid Naqvi ilə görüşündə bəyan edib.
Nazir bu ilin yanvar-avqust ayları ərzində miqrasiya saldosunun müsbət 1417 nəfər təşkil etdiyini bildirib: “Ölkəmizdə yeni “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2016-2030-cu illər)”nın layihəsi hazırlanarkən də respublikada davam edən müsbət demoqrafik meyllər, habelə milli inkişaf prespektivləri nəzərə alınıb. Layihədə demoqrafik yükün əmək bazarına və məşğulluq siyasətinə təsirinin qiymətləndirilməsi, milli iqtisadiyyatın yeni inkişaf mərhələsinə uyğun məşğulluq siyasətinin təkmilləşdirillməsi, infrastruktur layihələrində məşğulluq amilinin diqqətdə saxlanılması, rəqabətədavamlı kadr potensialının formalaşdırılması, sosial tərəfdaşlığın inkişafı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və s. prioritetlər əhatə olunub”.
Ötən dövrdə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın daim inkişaf etdiyini vurğulayan nazir birgə icra edilən «Sosial Müdafiənin İnkişafı» layihəsinin əmək və sosial müdafiə sahəsində islahatların aparılmasında mühüm dəstək olduğunu diqqətə çatdırıb. S.Müslümov “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2016-2030-cu illər)” çərçivəsində gələcəkdə görüləcək işlərdə də bu əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini bildirib.
N.Naqvi ölkəmizdə aparılan islahatların Dünya Bankı tərəfindən daim maraqla izlənildiyini qeyd edib. O, Azərbaycanda uzunmüddətli Məşğulluq Strategiyasının hazırlanmasının əhalinin məşğulluğu sahəsində ölkədə fəal dövlət siyasətinin aparılmasının növbəti təzahürü olduğunu vurğulayıb. N.Naqvi yeni Strategiyanın icrası işlərində də əməkdaşlığın davam edəcəyini diqqətə çatdırıb.
Görüşdə Dünya Bankı tərəfindən hazırlanmış hesabatın nəticələri, Azərbaycanda 2016-2030-cu illəri əhatə edən Milli Məşğulluq Strategiyasının layihəsi və layihədə nəzərdə tutulan istiqamətlər üzrə gələcək dəstək mexanizmlərinin müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!