USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN xidmət” tərcümə xidmətini onlayn həyata keçirir

“ASAN xidmət” tərcümə xidmətinin onlayn həyata keçirilməsinə başlanılıb. “ASAN xidmət”in informasiya təminatı şöbəsindən verilən xəbərə görə, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən evdən, işdən və ya internet olan istənilən məkandan sənədlərini tercume.asan.az internet səhifəsi vasitəsi ilə göndərərək tərcümə xidmətindən yararlana biləcəklər.

“Tərcümə olunacaq sənədin şəkili və ya hər hansı formada elektron variantı saytda müvafiq xanaya yüklənilir, sənədin tərcümə olunacağı dil seçilir və kuryer xidmətindən istifadə edilib edilməyəcəyi qeyd olunur. Əgər vətəndaş kuryer xidmətini seçməyibsə, o zaman sənədi hansı “ASAN xidmət” mərkəzindən götürmək istədiyini qeyd edir. Kuryer xidməti seçildiyi təqdirdə isə hazır sənəd vətəndaşın ünvanına çatdırılır. Sənəd qəbul olunub baxıldıqdan sonra tərcümənin vaxtı və ödəniləcək məbləğ haqqında məlumat vətəndaşa elektron poçt vasitəsilə göndərilir. Vətəndaş onlayn ödəniş etdikdən sonra sənəd tərcümə edilməyə başlanılır” – deyə məlumatda qeyd olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!