USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nazirlik: “Asan viza” fəaliyyətə başlayanadək akkreditasiyadan keçmiş şirkətlər turistlərə viza verə biləcək

“Asan viza” sistemi fəaliyyətə başlayan müddətə qədər akkreditasiyadan keçmiş 70 turizm şirkəti turistlər üçün viza rəsmiləşdirilməsi fəaliyyətlərini eyni qayda ilə aparacaqlar.

Bunu ASAN Radioya Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov deyib.

Nazirlik rəsmisi bildirib ki, Nazirlər Kabinetinin 13 oktyabr 2016-cı il tarixli qərarına əsasən, "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2015-ci il 29 iyun tarixli 247 nömrəli qərarı ləğv edilib. Yeni qərara əsasən, artıq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm şirkətlərinə viza almaq üçün akkreditasiya həyata keçirilməyəcək.

V.Şıxəmmədov əlavə edib ki, bu günədək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 70 turizm şirkəti akkreditasiyadan keçirilib və onlar Xarici İşlər Nazirliyi tərəfindən elektron turist vizasının rəsmiləşdirilməsi hüququ qazanıblar:

“Hazırda müvafiq qanunvericiliyə uyğun olaraq, “Asan viza” tətbiq olunmağa başlayır: "Asan viza" sistemi fəaliyyətə başlayan müddətə qədər akkreditasiyadan keçmiş 70 şirkət viza rəsmiləşdirilməsi fəaliyyətlərini eyni qayda ilə aparacaqlar. “Asan viza” tətbiq olunduqdan sonra qeyd edilən 70 şirkətə verilən kodlar ləğv ediləcək. Turizm şirkətlərinə müraciət edərək bildirmək istərdik ki, yeni bu qərarla yaxından tanış olsunlar və onu gələcək fəaliyyətlərində nəzərə alsınlar”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il iyunun 1-də "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında" fərman imzalayıb. Fərmana əsasən, elektron viza almaq üçün əcnəbi və ya vətəndaşlığı olmayan şəxs viza almaq üçün birbaşa "ASAN Viza" sistemi vasitəsilə müraciət edəcək. Elektron vizalar üç iş günü müddətində veriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!