USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xorvatiya prezidenti: "Azərbaycanla münasibətlər Avropa üçün xüsusi əhəmiyyət kəsb edir"

"Enerji təhlükəsizliyinin təmin olunması da daxil olmaqla, Avropa İttifaqı (Aİ) hazırda bir sıra çağırışlarla üzləşir".

ASAN Radio xəbər verir ki, bunu Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç "Casppian Energy" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu cür məsələlərə sistematik yanaşma lazımdır: "Ukrayna münaqişəsi Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinin zəruriliyini göstərdi. Avropa İttifaqı öz enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində bir sıra addımlar atıb. Söhbət enerji mənbələrinin təhlükəsiz daşınması, o cümlədən onların diversifikayasından gedir. Buna baxmayaraq, Avropa xarici şoklara dayanıqlı deyil. Son geosiyasi hadisələr bu məsələni daha aktual edib. Yeni geosiyasi şərait yeni enerji infrastrukturunun və marşrutlarının yaradılmasını zəruri edib".

Prezident bildirib ki, Xorvatiya bu cür layihələrin yaradılmasında aktiv iştirak edir: "Buna misal olaraq Krk adasında üzən LNG terminalının və İon-Adriatik qaz kəmərinin tikintisini göstərmək olar. Hər iki layihə Avropa İttifaqına üzv olan ölkələrin ümumi maraq dairəsindədir".

Ölkə başçısı əlavə edib ki, Xəzər regionundakı enerji resurslarının Avropaya nəql olunması Avropa İttifaqı üçün olduqca əhəmiyyətlidir. "Azərbaycanla münasibətlər Avropa üçün xüsusi əhəmiyyət kəsb edir. Mən Azərbaycanla strateji əməkdaşlığın qurulmasının vacibliyini dərk edirəm. Xorvatiya Azərbaycanla iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində olduqca maraqlıdır. Biz "Şahdəniz" konsorsiumunun "Cənub Qaz Dəhlizi" layihəsinin tərkib hissəsi olan və Avropanın Cənub-Şərqini qazla təchiz edəcək TAP qaz kəməri ilə bağlı verdiyi qərarından olduqca məmnunuq. Avropa İttifaqı TAP layihəsini ümumi maraqlara xidmət edən və İttifaq ölkələrinin enerji təhlükəsizliyini təmin edən bir layihə kimi qəbul edib", - deyə prezident bildirib.

Onun sözlərinə görə, İon-Adriatik qaz kəmərinin reallaşdırılması üçün "Cənub Qaz Dəhlizi" ilə daha çox qazın nəqli vacibdir: "520 km uzunluğunda olan bu kəmər Xorvatiyanın qaz sistemi ilə TAP-la birləşdirəcək. Xorvatiyadan başqa layihəyə Bosniya və Herseqovina və Monteneqro da qoşulacaq. İon-Adriatik qaz kəməri vasitəsilə Xəzər dənizində hasil olunan qaz avropalı istehlakçılara çatdırılacaq. Krk adasında tikilən üzən LNG terminal vasitəsilə qazı hətta Polşaya da çatdırmaq olar".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!