USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qanunsuz ov edənlərə qarşı reydlər keçirilib

ASAN Radio DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə, ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması, ekoloji cinayətlərin və inzibati xətaların profilaktikası ilə bağlı Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.

Bu ilin 9 ayı ərzində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsinin (Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) tələblərini pozaraq qeyri-qanuni ovla məşğul olduqlarına görə şəhər, rayon polis orqanları tərəfindən 69 nəfər barəsində inzibati tədbirlər görülüb.

Oktyabr ayının birinci yarısında ov qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Saatlı, Xızı, Biləsuvar, İmişli, Ağcabədi rayonları ərazisində keçirilən tədbirlər nəticəsində müvafiq icazə olmadan ov etdiklərinə, eləcə də mülki silahın daşınması və saxlanılması qaydalarını pozduqlarına görə 11 nəfər saxlanılıb, onlardan 5-i qeydiyyatsız olmaqla 11 ədəd müxtəlif markalı ov silahı və qeyri-qanuni ovlanmış çöl quşları aşkar edilərək götürülüb.

Ov qaydalarını, eləcə də mülki silahın daşınması və saxlanılması qaydalarını pozmuş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati məsuliyyətə cəlb ediliblər.

Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!