USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Bakı Beynəlxalq Caz Festivalı"nın açılış mərasimi keçirilib - FOTOLAR / AUDİO

ASAN Radio xəbər verir ki, oktyabrın 22-dən 30-dək Azərbaycanın paytaxtı Bakı şəhərində “Bakı Beynəlxalq Caz Festivalı” keçirilir.

Tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutur.

Mühüm məqam ondan ibarətdir ki, ilk dəfə olaraq Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbir radio vasitəsilə canlı yayımlanır və bu canlı yayım eksklüziv olaraq ASAN Radio vasitəsi ilə həyata keçirilir.

Bakı Beynəlxalq Caz Festivalı ölkəmizin mədəni həyatında özünəməxsus yer tutur. İlk növbədə ona görə ki, bu festival ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsinə, dünya ölkələrinin mədəni irsinin axtarışına əvəzsiz töhvəsini verir.

Ümumiyyətlə, bu, sayca 11-ci Bakı Beynəlxalq Caz Festivalıdır. İlk dəfə bu festival paytaxtımızda 2005-ci ildə keçirilib. Bakı Beynəlxalq Caz Festivalının  keçirilməsi ideyası isə Azərbaycanın əməkdar artisti və tanınmış cazmen Rain Sultanova məxsusdur.

"Bakı Beynəlxalq Caz Festivalı"nın ilk günündə Braziliyadan olan məşhur cazmen, nəfəs qarmonu ustası Qabriel Qrossi öz məharətilə tamaşaçıların qarşısına çıxıb.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də iştirak edib. Mərasimdən sonra nazir öz təəssüratlarını ASAN Radio ilə bölüşüb.

Aşağıdakı linkdən səs yazısını dinləyə bilərsiniz.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!