USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
24 oktyabr - Hüseyn Cavidin doğum günüdür

ASAN Radio xəbər verir ki, şair, yazıçı və dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavid 1882-ci ildə oktyabrın 24-də anadan olub.

Milli romantik şeirin, mənzum faciə və dramın banisi olan Hüseyn Cavidin "Keçmiş günlər" adlı ilk şer kitabı 1913-cü ildə çap olunub. Hüseyn Cavid daha çox dramaturq kimi tanınıb. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan", bundan başqa “İblis”, "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" dramları Hüseyn Cavid yaradıcılığının zirvəsi sayılır. “Mənim tanrım gözəllikdir, sevgidir” deyən Hüseyn Cavid bir-birindən gözəl şeirlər də qələmə alıb. 

Ədib 1937-ci ildə həbs olunur və Sibirə sürgün edilib. Hüseyn Cavid 5 dekabr 1941-ci ildə vəfat edib. Ona 6 mart 1956-cı ildə bəraət verilib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və köməyi ilə Hüseyn Cavidin cənazəsi 1982-ci ildə Sibirdən vətənə gətirilib və Naxçıvanda dəfn edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!