USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xalq Rəssamı Fərhad Xəlilova “Şərəf” ordeni təqdim olunub

Oktyabrın 26-da Azərbaycan Rəssamlar İttifaqında bu qurumun sədri, Xalq Rəssamı Fərhad Xəlilova “Şərəf” ordeninin təqdim olunması mərasimi keçirilib.

ASAN Radio xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan Rəssamlar İttifaqının yarandığı gündən bu günədək incəsənətimizin inkişafındakı xidmətlərindən, göstərdiyi fəaliyyətdən danışıb. Mədəniyyət ocağının rəhbəri kimi Fərhad Xəlilovun gördüyü işlərdən, sənət fəaliyyətindən söz açan nazir deyib ki, onun incəsənətimizin təbliği istiqamətində fəaliyyəti olduqca ürəkaçandır. Bildirilib ki, hələ yaradıcılığa başladığı ilk illərdən novatorluğa meyl göstərən rəssam bütün yaradıcılığı boyu öz ideyalarına sadiq qalıb.

Vurğulanıb ki, Fərhad Xəlilov təkcə Azərbaycan miqyasında deyil, dünya miqyasında şöhrət tapmış sənətkardır. Onun əsərləri aparıcı incəsənət ekspertləri tərəfindən xüsusi qeyd olunmaqla yanaşı, dünyanın bir sıra məşhur sərgi salonlarında qorunur, saxlanılır və sərgilənir. Mədəniyyət və incəsənət sahəsinin inkişaf aspektlərinin hər zaman dövlət başçısının diqqətində olduğunu söyləyən nazir F.Xəlilov yaradıcılığına olan dövlət qayğısından və verilən yüksək qiymətdən bəhs edib. Nazir Xalq Rəssamına yaradıcılığında uğurlar arzulayıb və “Şərəf” ordenini ona təqdim edib.

F.Xəlilov yaradıcılığına verilən qiymətə görə Prezident İlham Əliyeva minnətdarlığını bildirib. Ənənəvi olaraq dövlət başçısının mədəniyyət və incəsənət sahəsinə böyük diqqət və qayğı ilə yanaşdığını vurğulayan Xalq Rəssamı qeyd edib ki, bu proses hələ ulu öndər Heydər Əliyev tərəfindən başlanıb. Bu gün həmin proseslərin davamı olaraq dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsində ölkəmizdə nəinki mədəniyyət və incəsənət sahəsi, həyatın bütün sahələri böyük diqqətlə əhatə olunub.

Digər çıxış edənlər F.Xəlilovun yaradıcılığından, gördüyü işlərdən söz açıblar.

Sonda Azərbaycan Rəssamlar İttifaqının kollektivi adından ölkə Prezidentinə minnətdarlıq ifadə olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!