USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun daha bir hissəsi yenidən qurulur - VİDEO

ASAN Radio “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun daha bir hissəsinin tikintisi yekunlaşmaq üzrədir.

37.1 km uzunluğunda Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun 28.3 km-lik hissəsində tikinti işləri artıq bir müddətdir ki, yekunlaşdırılıb. Hazırda yolun Aşağı Ağcakənd və Yuxarı Ağcakənd kəndləri arasında olan 8.8 km-lik hissəsində layihəyə uyğun olaraq işlər davam etdirilir.

Tikinti işləri çərçivəsində yolun 37-ci km-də, Qaraçay üzərindəki avtomobil körpüsü təmir edilir. 1 aşırımlı körpünün uzunluğu 12 m-dir. Bundan başqa mövcud su keçidi və su borusunun bərpası və yenilərinin tikintisi işləri də aparılır. İşlər bitdikdən sonra yol nişanlarının quraşdırılması, həmçinin yolun xətlənməsi işləri aparılacaq.

Qeyd edək ki, Goranboy-Yuxarı Ağcakənd avtomobil yolu 35 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirməklə böyük əhəmiyyətə malikdir.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!