USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanın İDEA şirkəti xarici bazarları fəth edir

2004-cü ildə Bakıda təsis olunan İDEA şirkəti açıq məkanlar üçün geniş spektrə malik, xüsusi üslublu memari metal və taxta məhsulların, müasir bağ və park əşyalarının, şəhər dizayn elementlərinin istehsalı ilə məşğul olur.

Şirkət həmçinin daxili məkanlar üçün müxtəlif eksklüziv memari forma və konstruksiyaların istehsalını həyata keçirir.

İDEA Abşeron Rayonu, Novxanı qəsəbəsində yerləşən istehsal bazası və geniş sərgi salonuna malikdir.

Şirkət yerli bazarla yanaşı xarici ölkələrə də məhsul ixrac edir. İDEA-nın Rusiya, Qətər və Qazaxıstanda rəsmi nümayəndəlikləri fəaliyyət göstərir.

Şirkətin əsas vəzifəsi milli istehsalın potensialını dünyaya tanıtmaq, müştəri məmnunluğunu qoruyub saxlamaq və onlara daim yeni və keyfiyyətli məhsullarla xidmət göstərməkdir.

İDEA-nın fəaliyyəti və məhsulları haqqında daha ətraflı məlumat üçün www.idea.az rəsmi internet səhifəsindən ala bilərsiniz.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!