USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xankəndililərin “Yaşam Mücadiləsi” sənədli filmi təqdim edilib - FOTOLAR

ASAN Radio xəbər verir ki, bu gün “Xankəndi” məcburi köçkünlərə dəstək ictimai birliyi Xankəndi şəhərinin şəhid ailələri və məcburi köçkünlərinin yaşam mücadiləsindən bəhs edən sənədli filmini təqdim edib.

“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai birliyinin mənzil-qərargahında keçirilən təqdimat mərasimində icmanın rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, millət vəkilləri Flora Qasımova, Aydın Mirzəzadə, Şuşa rayonunun və Xankəndi şəhərinin ictimaiyyəti iştirak ediblər.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Bayram Səfərov çıxışında bildirib ki, belə filmlərin hazırlanaraq Azərbaycan və beynəlxalq ictimaiyyətə təqdim olunması erməni lobbisinin anti-Azərbaycan fəaliyyətinə qarşı tutarlı cavablardan biridir. Şuşa rayon İcra Hakimiyyətinin başçısı eyni zamanda vurğulayıb ki, Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində gördüyü misilsiz işlər, işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılması istiqamətində həyata keçirdiyi diplomatik fəaliyyət ən yaxın vaxtlarda öz nəticəsini verəcək və Azərbaycan bayrağı bütün Qarabağda, o cümlədən Şuşada və Xankəndində dalğalanacaq.

“Yaşam Mücadiləsi” sənədli filmi nümayiş etdirilib və bundan sonra film ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, "Yaşam Mücadiləsi" sənədli filminin məsləhətçisi millət vəkili Flora Qasımova, ssenari müəllifi və rejissoru Etibar Məmmədov, filmin direktoru Büllur Cavadqızı, redaktoru Xatirə Vəliyevadır.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!