USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanlı pilot EuroFormula Open mərhələsində iştirak edəcək

ASAN Radio xəbər verir ki, Azərbaycanı motoridman yarışlarında təmsil edən gənc pilot və Formula 1 üzrə Bakıda keçirilən Qran Pri yarışlarının rəsmi elçisi Gülhüseyn Abdullayev bu həftəsonu baş tutacaq növbəti EuroFormula Open yarışına çıxacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) gənc pilotdan yarışa hazırlığı ilə bağlı müsahibə alıb. Həmin müsahibəni təqdim edirik.

"Bu mərhələ, mövsüm üzrə çempionluq uğrunda mübarizəsinin yeddinci yarışı olacaq. Hal-hazırda Gülhüseyn çempionatda iştirak edən 28 pilot arasında 24-cü yerdə qərar tutub. Onun yarışlarda ən yaxşı göstəricisi Montsa trekində qazandığı 15-ci yerdir. 

Gülhüseyn Abdullayev Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə Euroformula Open kimi beynəlxalq yarışlarının çempionatında yarışan yeganə və ilk azərbaycanlı pilotdur. Həmçinin o, 2016-ci il Bakıda keçirilmiş Formula 1 yarışının rəsmi səfiridir. 

Gülhüseyn Abdullayev ilə ötən yarışların nəticələri barədə söhbət etdik: “Montsa yarışından ümumiyyətlə komanda olaraq razı qaldıq.  Montsada ilk dəfə olaraq yarış boyunca rəqiblərimlə mübarizə apara bildim və hətta bir neçə rəqibimi də ötdüm. Bu səbəbdən komandam yarışımdan razı qaldı və qeyd etdilər ki, Montsa bu mövsümün ən yaxşı yarışı oldu və növbəti yarışlarda da yaxşı nəticələr gözləyirik. Növbəti yarışlarda daha da irəli getməyə çalışacağıq”. 

Onu da əlavə etmək istərdik ki, yarış zamanı yaranmış bəzi texniki nasazlıqlar və təmaslar səbəbindən Gülhüseyn daha yüksək pillələr qazanmağa nail ola bilmədi. Pilotun sözlərinə görə, italyan mərhələsindən dərhal sonra, o, Heres yarışına hazırlaşmağa başlayıb: 

“Növbəti yarışa hazırlaşmaq üçün bir həftə Valensiyada idim. İlk iki gündə Valensiya trekində testlər etdik, lakin ilk dəfə olaraq Fomula 3 yox, GP3 avtomobilində test etdim və yürüşümdən komandam razı qaldı. Və bundan sonra daha çox GP3 avtomobilində test etməmi istədilər. Çünki bundan sonra həm Formula 3, həm də GP3 yarışlarına hazırlaşacağam. Hər iki avtomobilin yürüş stili bir-birinə bənzəmədiyinə görə, hər ikisinə hazırlamaşalı olacağam. Bundan əlavə Valensiyada komandamızın vörkşopunda (workshop) fiziki məşqlərlə də məşğul olurduq və simulyatorda Herez trasını test edirdik. İndidən deyə bilərəm ki, simulyator nəticələrinə görə komanda yoldaşlarımla aramızdakı fərq digər yarışlara görə daha azdır və inanırıq ki, bu yarışda daha yaxşı nəticələr əldə edə bilərik. Fiziki məşqlərə gəldikdə isə, bizim komandanın fiziki treyneri ilə hər gün bəzən tək, bəzən də komanda yoldaşlarımla birgə məşq edirik, xüsusən də Formula 3 yarışları üçün nəzərdə tutulmuş xüsusi məşqlər edirik. Bu fitnes məşqlərindən bir qədər fərqlənir.”

Növbəti mərhələdən öncə Gülhüseyn, Heres treki barədə fikirlərini bizimlə bölüşüb: 

“Herez treki mənə yad bir trek deyil. Dekabrda mövsüm öncəsi testdə sürdüyüm treklərdən biridir. İlk sürüşümdə bu treki bəyənmişdim. Herez keçmiş F1 treklərindən biridir və mənə elə gəlir ki, Formula 1 təqvimindəki keçmiş treklər arasında, yəni müasir dövrdə istifadə olunmayan treklər arasında ən yaxşısıdır. Həm sürücü, həm də mühəndis və mexaniklər üçün vacib bir trekdir. Komandanın və sürücünün performanısını göstərəcək nadir texniki treklərdən biridir. Trekdə hələ ki, yarışmamışam, sadəcə simulyatorda test etmişəm. Lakin düşünürəm ki, yarışmaq daha maraqlı olacaq. Oktyabrın 29 və 30-da yarış olacaq. Böyük ehtimalla, yağış yağacaq və beləliklə, yarış daha maraqlı keçəcək. Ümid edirəm ki, daha yaxşı bir nəticə ilə qayıdacağıq”. 

Gülhüseyn yarışlara hazırlıqlarına və sıx qrafikinə baxmayaraq Formula 1 Çempionatını yaxından izləyir. Xatırladaq ki, çempionatın bitməsinə cəmi üç yarış qalıb və çempionluğa iki namizəd var. Gənc pilotun sözlərinə görə, mövsüm boyu Mercedes komandasının iki pilotunun Formula 1 azarkeşlərinə möhtəşəm yarış və mübarizə göstərməsinə çox şaddır. Gənc pilot Niko Rosberqə pərəstiş etdiyini və bu il çempion olaraq onu görmək istədiyini də gizlətmədi. 

Heres treki haqqında məlumat: 

Uzunluğu: 4.428 m

Döngələrin sayı: 13

Açılış tarixi: 8 dekabr 1985-ci il

Yarış tarixi: 28-30 oktyabr 2016-ci il 

Həftəsonu keçiriləcək yarış haqqında məlumat:

Cümə 28.10.2016

Sərbəst yürüşlər

Şənbə 29.10.2016

İki təsnifat sessiyası 

Yarış 1

Bazar 30.10.2016

Yarış 2

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!