USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan ən inkişaf etmiş 29 ölkədən biri kimi təsvir edilib

ASAN Radio İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, Azərbaycan 2015-2016-cı illər üzrə hesabatın 3 və daha çox indikatoru üzrə ən inkişaf etmiş 29 ölkələrdən biri kimi təsvir edilib.

Sənəddə qeyd olunur ki, Azərbaycanın vergi ödənişləri və xarici ticarətin aparılması indikatorları üzrə reytinqi qaldırılıb.

İdxal və ixrac bəyannamələrinin təqdim edilməsi üçün elektron sistemin istifadəyə verilməsi, xarici ticarətin aparılması indikatoruna əhəmiyyətli müsbət təsir edib. Biznesə başlama indikatoru üzrə də yüksək reytinq qorunub.  

Qeyd etmək lazımdır ki, “Doing Business” Hesabatı Dünya Bankı Qrupu tərəfindən hazırlanır və 10 indikator üzrə 190 ölkənin qiymətləndirilməsi məqsədini daşıyır.

Bu il ərzində Azərbaycanda bir sıra islahat tədbirləri geniş spektrdə həyata keçirilib və bu səbəbdən “Doing Business” Hesabatının 10 indikatoru aparılmış islahatları tam əhatə etmir.

Eyni zamanda, bu hesabatda nəzərə alınan islahat tədbirləri yalnız cari ilin may ayına qədər aparılan islahatlardır. 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!