USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
DMX rəisi Litva səfirilə görüşüb

ASAN Radio xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Litvanın Azərbaycandakı səfiri Valdas Laustauskasla görüşüb.

F.Nəbiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.

Xidmət rəisi müxtəlif vaxtlarda Azərbaycan və Litva Hökumətləri arasında ayrı-ayrı sahələrə dair imzalanmış Sazişlərin strateji tərəfdaşlığın mövcud ənənələrini möhkəmləndirməyə və yenilərini yaratmağa imkan verdiyini qeyd edib.

F.Nəbiyev ölkəmizdə vətəndaşlıq məsələlərini tənzimləyən qanunvericilik aktlarına edilmiş dəyişikliklər barədə danışıb. İkili vətəndaşlığın geniş xarakterli hüquqlar vəd etməsinə baxmayaraq, həm dövlətçilik, həm də şəxsi öhdəliklər nöqteyi-nəzərindən kifayət qədər məsuliyyət yaratdığına görə Azərbaycan qanunvericiliyində bunun nəzərə alındığını deyib.

F.Nəbiyev miqrantların öz hüquqlarını həyata keçirmələri üçün hər cür şəraitin yaradılması, əmək ehtiyatlarından düzgün və faydalı istifadə olunması, tənzimlənməyən miqrasiya proseslərinin qarşısının alınması və neqativ təsirinin aradan qaldırılması ilə bağlı Azərbaycan təcrübəsindən bəhs edib.

Görüşdə iki ölkə arasında vətəndaşlıq, viza və qeydiyyat məsələləri ətrafında aparılan müzakirələrin səmərəli nəticələr verəcəyinə əminlik ifadə olunub və iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığa dair qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!