USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Mənim tanıdığım Vaqif" adlı sənədli filminin təqdimatı keçirilib - FOTOLAR

ASAN Radio xəbər verir ki, Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və “BP-Azərbaycan” şirkətinin təşkilatçılığı ilə virtuoz caz ifaçısı Vaqif Mustafazadənin həyatı və yaradıcılığına həsr olunmuş "Mənim tanıdığım Vaqif" adlı sənədli filminin təqdimatı keçirilib.

Təqdimat mərasimində Azərbaycan Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev, ictimai xadimlər, incəsənət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən ziyalı və caz səntinin bilicisi Rahib Azəri V.Mustafazadənin ömür yolundan söz açaraq onun yaradıcılığın Azərbaycan musiqisində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Nazir müavini Ədalət Vəliyev Azərbaycan musiqi mədəniyyətində mühüm yeri olan Vaqif Mustafazadənin sənət dünyasından söz açıb.

Rejissoru Vidadi Rüstəmov, ssenari müəllifi Fizuli Sabiroğlu olan 40 dəqiqəlik ekran əsəri Azərbaycan dilində səslənib, alt yazısı isə ingilis dilində olub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!