USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ABAD” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinə dair təqdimat olub - FOTOLAR

ASAN Radio xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin yaradılması və fəaliyyəti barədə təqdimat olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda əhalinin məşğulluq imkanlarının artırılması yönündə atılan addımların aktiv əmək bazarı siyasətinin getdikcə güclənməsinə şərait yaratdığını vurğulayıb:

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması da rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılması yolu ilə əhalinin məşğulluq səviyyəsinin artırılmasına yönəlib. Bu sahədə görüləcək tədbirlər ölkədə ailə biznesinin genişlənməsində, nəticə etibarilə sosial-iqtisadi inkişaf proseslərində vətəndaşların fəal iştirakının təmin olunmasında, kiçik və orta sahibkarlığın inkişafında növbəti irəliləyişlərə əsas yaradacaq”.

Nazir bildirib ki, “ABAD” mərkəzləri rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasının, eləcə də kiçik və orta sahibkarların dəstəklənməsi üçün sosialyönümlü layihələr həyata keçirəcək: “Bu sosialyönümlü layihələr öz ailə təsərrüfatlarını formalaşdırmaq üçün potensialları olan aztəminatlı ailələri də əhatə edəcək. Bununla əlaqədar, cənab Prezidentin 23 sentyabr 2016-cı il tarixli Fərmanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək qabiliyyətli aztəminatlı ailələrin “ABAD” mərkəzlərinin göstərdiyi xidmətlərdən istifadəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təkliflər təqdim edilməsi tapşırılıb. Bu istiqamətdə biz həmin Dövlət Agentliyi ilə birgə fəal işlər aparmaq əzmindəyik”.

S.Müslümov aztəminatlı ailələrin məşğulluq və biznes imkanlarının dəstəklənməsi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən nazirlik tərəfindən özünüməşğulluq proqramının praktik icrası işlərinin davam etdirildiyini bildirib: “Proqrama cəlb olunmaq üçün müraciət edənlərin ailə təsərrüfatlarının müayinəsi aparılır və bu müayinənin nəticəsi əsasında onların özünüməşğulluq potensialları müəyyən edilir. İndiyədək bu müayinələr əsasında ayrı-ayrı rayon və şəhərlər üzrə artıq 850 nəfər işsiz və işaxtaran şəxs seçilərək, biznesin təşkili ilə bağlı iki aylıq təlimlərə cəlb olunub. Müraciət edənlərin ailə təsərrüfatlarının müayinəsi əsasında proqramla bağlı təlimlərə cəlb olunacaq şəxslərin müəyyən olunması prosesi hazırda davam etdirilir. Ümumilikdə özünüməşğulluq proqramı 1500 nəfər işsiz və işaxtaran vətəndaşın ailə biznesinin qurulmasına imkan verəcək”.

Nazir bildirib ki, “ABAD” mərkəzləri tərəfindən ölkədə ümumən ailə biznesinin inkişafının dəstəklənməsinə yönələcək sosialyönümlü layihələr hazırda icra olunan özünüməşğulluq proqramı ilə paralel həyata keçirilməklə aztəminatlı ailələrin ailə təsərrüfatlarının qurulmasına əlavə dəstək mexanizmi formalaşdırır: “Bir nazirlik olaraq bizim də bu sahədə əsas vəzifəmiz aztəminatlı ailələrin “ABAD” mərkəzlərinin qeyd olunan layihələrindən daha yaxşı faydalanmaları üçün müvafiq işləri görmək, bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə səmərəli əməkdaşlıq həyata keçirməkdir. Hazırda keçirilən tədbir də təqdimat xarakterli olmaqla yanaşı, bu sahədə birgə fəaliyyətin istiqamətlərini nəzərdən keçirməyə imkan verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Agentliyin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılmasından bəhs edib. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılan, “ABAD”ın ailə təsərrüfatlarının formalaşdırılması və inkişafında, kiçik və orta sahibkarların dəstəklənməsində növbəti mühüm addım olduğunu vurğulayıb. “ABAD” mərkəzlərinin icra edəcəyi layihələrin istiqamətlərini diqqətə çatdıran İ.Kərimov bildirib ki, bu istiqamətlərdən biri kimi, əmək potensialına malik aztəminatlı ailələrin də biznes qurmaq imkanlarına yiyələnmələrinə şərait yaradılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti üzrə təklifləri bu sahədə işlərin təşkilində əsas kimi götürüləcək.

Tədbir “ABAD” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinə dair təqdimatla davam edib. “ABAD” mərkəzləri tərəfindən ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətinin dəstəklənməsi yönündə icrası nəzərdə tutulan layihələrlə yanaşı, əmək qabiliyyətli aztəminatlı ailələrin öz təsərrüfatlarını formalaşdıra bilmələri üçün həyata keçiriləcək sosialyönümlü layihələr də diqqətə çatdırılıb. Bu sahədə birgə görüləcək işlərə dair müzakirələr aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!